Kolumbiyada 5,6 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  ABŞ-ın Geoloji Xidmətinə verdiyi məlumata əsasən, hadisə Aratoka şəhərindən 7 km şimalda baş verib.

Yeraltı təkanlar UTC vaxtı ilə 15:54-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 166,5 km olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Milli.Az