İraqın Mərkəzi Cinayət məhkəməsi İŞİD terror qruplaşmasının 5 üzvünə edam hökmü çıxarıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İraqın Ali Məhkəmə Şurasının nümayəndəsi Əbdül Səttar Birqədər bildirib.

O qeyd edib ki, sözügedən cinayətkarlar qruplaşmanın bir neçə bölməsində fəaliyyət göstəriblər:

"Onlar barəsində Terrorçuluqla Mübarizə haqqında Qanunun 4/1 maddəsinə uyğun olaraq qərar verilib", - Birqədər deyib.

O əlavə edib ki, terrorçular hökumət qüvvələrinə qarşı Neynava və Ənbarda döyüşüblər.

Milli.Az