İtaliyanın şimal-şərqindəki Kurmayor şəhərində torpaq sürüşməsi ilə əlaqədar 200-dən çox adam təxliyə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, torpaq sürüşməsi dağ yollarını bağlayıb.

Qeyd olunur ki, sürüşmə sakinlər üçün təhlükə yaratmasa da, onlar ehtiyat tədbirləri ilə əlaqədar təxliyə olunub.

Sakinlər helikopterlər vasitəsilə bölgədən çıxarılıb.

Milli.Az