Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin xidmətçiləri hərəmin qızılı günbəzinin və minarələrinin yuyulması işlərinə başlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Kərbəla şəhərində isti havaların və iqlim dəyişikliklərinin qızılı günbəzə təsir etməməsi üçün, bu təmizlik işləri təxminən beş gün davam edəcək.

Diametri 46.5 m və hündürlüyü 15 m olan günbəz təmizlik işlərində beş hissəyə bölünür və hər bir gün də bir hissə təmizlənir. Yuma işlərində xüsusi təmizlik ləvazimatları və vasitələri istifadə edilir. Qızıl plitələrin qurudulması üçün isə yun parçalar istifadə edilir. Plitələri qurutmadıqda üzərində əhəng şəklində toplanan və parlaqlıq gücünü zəiflədən ərplər yığıldığ üçün yumaqla yanaşı, qurutma işi həyata kieçirilir. Təmizlik işlərində vaxt, dəqiqlik və sürət faktoru ilə yanaşı, su vurma prosesinə də diqqət etmək lazımdır. Çünki qızıl plitələr əhəng üzərinə bərkidilmişdir və əhəng də sudan tez təsirlənir.

Təmizlik işlərinin ilk mərhələsi çərçivəsində qızılı günbəzin şərqindəki Fərat (Əl-Qəmə) qapısı tərəfdə yerləşən saat istiqamətində, saatın əksi istiqamətində və ən yuxarıdan ən aşağıya - yəni bayrağ hissəsindən günbəzin dibinə - doğru təmizlənib. Bu işlərdən sonra minarələrin təmizlənməsinə başlanacaq.

Milli.Az