Bədənindən ixtiyarsız yel çıxan və namaz zamanı buna görə çoxlu şəkk edən adam namazı necə qılsın?
Bədəndən yel çıxması dəstəmazı batil edər və namazı pozar. Ona görə də bu cür hal baş verəndə namazı yarımçıq kəsməyə icazə verilir, bundan sonra dəstəmaz alınmalı və namaz yenidən qılınmalıdır.
Milli.Az islam.az-a istinadən bildirir ki, yel çıxması barədə vasvasılığa düçar olmuş şəxs (yəni yel çıxdığını dəqiq bilməyən, amma buna daim şəkk edən şəxs) gərək öz vəsvəsəsinə əməl etməsin. Amma bədəndən yel çıxması xəstəlik halını alıbsa və insan dəstəmazdan sonra namazı bitirənə kimi bunun qarşısını ala bilmirsə, gərək dəstəmazı alan kimi dərhal namaza başlasın və namazı müstəhəb əməlsiz, yalnız vacib əməllər çərçivəsində qılsın. Hər növbəti namaz üçün də ayrıca dəstəmaz alsın. Əgər buna əməl edərsə, namaz əsnasında bədənindən yel çıxmasına şəkk etsə və ya bunu dəqiq bilsə də, namazı düzgündür.
Milli.Az