DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb.

Onun yaşadığı kəndin "Qıraq oba" adlanan sahibsiz yerində əkib-becərdiyi ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az