Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı Türkiyə prezidenti həmkarına sui-qəsd cəhdi ilə əlaqədar narahatlığını bildirib.

Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan insident nəticəsində yaralanan Venesuelanın Milli Qvardiya hərbçilərinin tezliklə sağalmalarını diləyib.

Milli.Az