[ 22 Aprel 2015 12:11 ]


Bakı – APA. Futbol üzrə Azərbaycan kubokunun final görüşünün keçirilmə yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həlledici oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

 

İyunun 3-də baş tutacaq matçda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Ölkə kuboku tarixində ilk dəfə finala Qəbələ ev sahibliyi edəcək.

 

Qeyd edək ki, yarımfinal mərhələsində “Neftçi” “İnter”i (2:0, 1:2), “Qarabağ” “Simurq”u (1:0, 0:0) məğlub edib.