"Bavariya" - "Portu" matçında maraqlı hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, almanların baş məşqçisi Pep Qvardiola komandasının 5-ci qoluna sevinərkən talehsiz bir an yaşayıb. Belə ki, qarşılaşma zamanı məşqçinin şalvarı cırılıb.

Kameraların bu anı lentə alması nəticəsində təcrübəli mütəxəssis bütün dünyaya biabır olub. Mütəxəssis isə bu vəziyyətdən heç də narahat olmayıb. Pep cırıq şalvarla oyunçularını motivasiya etməyə davam edib.

Matç bitdikdən sonra Qvardiolanın görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub. "Bavariya" - "Portu" matçındakı həmin anlar qısa müddətdə milyonlarla dəfə paylaşılıb.

Qeyd edək ki, qarşılaşmadan "Bavariya" 6:1 hesablı qələbə ilə ayrılaraq adını yarım finala yazdırıb.









Mənbə
ANS PRESS