Əslən Özbəkistandan olan Lola Astanova 6 yaşında piano arxasında oturub, bir il sonra isə Avropa və Amerikada festivallarda çıxış edib.

Milli.Az bildirir ki, Lola Astanova indi dünyanın ən məşhur pianoçularından biridir.

18 yaşından bəri ABŞ-da yaşayan Lola Astanovanın İnstagram-da paylaşdığı fotolar isə sərt tənqid olunur.

"Bəlkə lüt soyunasan?! Bethoven, Bax, Motsartın əsərlərini ifa etmək üçün belə yarıçılpaq görkəmə nə ehtiyac var?" - sosial şəbəkə istifadəçiləri yazırlar.

Milli.Az