“Google Glass” eynəyi autizmə tutulan uşaqların müalicəsi üçün istifadə edilir
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News www.hi-news.ru” resursuna istinadən yazır ki, tədqiqat çərçivəsində universitet ekspertləri Ketlin Foss və Nik Haber tərəfindən sifətin tanınması texnologiyası kompüter təlimi ilə uyğunlaşdırılıb. Yeni layihə “Autism Glass Project” adlanır. Xüsusi proqram ünsiyyət zamanı emosiyaları həmsöhbətin üz ifadəsinə görə müəyyənləşdirir, “Google Glass” istifadəçisi isə hazırda hansı emoziyaların ifadə edilməsi barədə məlumatlandırılır. Psixoloqların sözlərinə görə, bu, sosial bacarıqların inkişafına kömək edir.
Məlumata görə, keçirilən eksperimentdə autizmə tutulan 14 uşaq iştirak edib. Onlardan bir neçə gün ərzində adi həyatda eynəyi taxmaq tələb olunub. Nəticədə 14 ailənin 12-si tədqiqatın sonunda bildirib ki, uşaqlar görmə kontaktına cəhdə daha yaxşı reaksiya verməyə, eləcə də tədqiqatın aparılmasınadək rast gəlinməyən sadə dialoqlar qurmağa başlayıblar. Hazırda ekspertlərin məqsədi daha uzunmüddətli tədqiqatlar aparmaqdan, həmçinin “Google Glass” eynəyinin uşaq psixikasına təsirini öyrənməkdən ibarətdir. Çünki sistemin mahiyyət etibarilə öz effektivliyini sübut edəcəyi təqdirdə bu, psixoloqla işə əsaslanmayan yeni autizm terapiya metodu ola bilər.
Qeyd edək ki, “Google Glass” eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat isə 2012-ci ilin ortalarında “Google” tərtibatçılarının konfransında baş tutub.
“Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət edir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edir.
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth” vasitəsilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.
Nizam Nuriyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10