Sumqayıt şəhərində 71 yaşlı kişi  intihara cəhd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində verib.

Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov  özünü yaşadığı binanaın 4 -cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.

Milli.Az