"Eurovision" təmsilçimiz vaxtı hədər itirməyib, "Menttv" telekanalına müsahibə verib, çəkilişlərdə iştirak edib.Elnur Hüseynov ötən gün "Eurovision 2015" öncəsi promo-tur çərçivəsində Belçikada olub
Bundan əlavə, Elnur müsabiqədə rəqibi olan Belçika nümayəndəsi Loik Notte ilə görüşüb.
Belçikalı müğənni öz növbəsində Elnurun mahnısı barədə danışıb: ""Hour of the Wolf" - çox güclü kompozisiyadır ki, heç kimi biganə qoya bilməz.
Hesab edirəm ki, Elnurun çox güclü səsi var. Yeri gəlmişkən, mahnının klipi də xoşuma gəldi. Elnur ilk növbədə müsiqiçidir və məhz onun bu cəhəti mənim daha çox xoşuma gəlir".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.


















