Türkiyənin Adana vilayətində arvadı Ayşe Arslanbaş ilə münasibətlərinin korlanmasına səbəb olan qayını Erkan Kaplanı tüfənglə öldürən şəxs saxlanılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, hadisə yerindən qaçan Üzeyir Arslanbaşın (28) arvadının yanına gedərək "Mən bir nəfəri öldürdüm. Haqqını halal et" dediyi ortaya çıxıb.

Qeyd edək ki, Kaplan tez-tez əri ilə dalaşan bacısını "Yola getmirsinizsə, boşan" deyərək, onu ata evinə gətiribmiş. 

Məhəmməd Vaqif
Milli.Az