"Anaların övladlarını əmizdirmələrində qəbahət sayılası, ayıb bilinəsi heç nə yoxdur. Ana təbiət bunu istəyir və biz analar da övladlarımızı əmizdirmək üçün Tanrı tərəfindən məsul olunmuşuq".
"Victoria's Secret" brendinin "mələyi", məşhur supermodel Kendis Sueynpul İnstagram-da ikinci övladını əmizdirən an çəkilmiş fotosunu paylaşaraq belə yazıb və həmkarı, model Dautsen Krezi dəstəkləyib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, əslən Cənubi Afrika Respublikasından olan 29 yaşlı K.Sueynpul iki övlad anasıdır. Onun böyük oğlu Anaka 2016-cı ilin oktyabr, sonbeşiyi Ariel isə bu ilin iyun ayında doğulublar.
K.Sueynpul avqustun 1-də başlayıb 7-dək davam edəcək "National Breastfeeding Month" ("Milli Uşaq Əmizdirmə Aylığı") aksiyasına dəstək verir.
"Ərim Hermann Nikoli də Arieli əmizdirməyimi istəyir. Uşaq əmizdirən ana gündə 600 kalori itirir. Bundan başqa, uşaq əmizdirmə qadında sonradan döş xərçənginin yaranmasının qarşısını alır", - Kendis İnstagram-dakı profilində yazıb.
Milli.Az