Venesuela prezidenti Nikolas Maduronun həyatına qəsd etmək istəyənlər sənaye işləri üçün nəzərdə tutulmuş drondan istifadə etdilər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bbu haqda daxili işlər, ədliyyə və sülh naziri Nestor Reverol bildirib.
Onun sözlərinə görə, cinayətkarlar nisbətən böyük yük qaldıra bilən iki pilotsuz təyyarənin hər birində bir kiloqrama qədər partlayıcı maddə yerləşdiriblər. S-4 tipli bombalar 50 metr məsafədən hədəfi vura bilir.
“Dronları hörmətli prezident qvardiyasının xüsusi texnikasının sayəsində sıradan çıxarmaq mümkün oldu”, - nazir deyib.
Nazir dəqiqləşdirib ki, artıq altı şübhəli saxlanılıb, təşkilatçılar və icraçılar məlum olub.
Qeyd edək ki, bu gün Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub. Hadisə hərbi parad zamanı partlayış baş verib.
Prezident hücumda Venesuela və Kolumbiyanın sağ güclərini ittiham edib, sui-qəsdin təşkilatçılarından bir çoxunun isə ABŞ-da, Florida ştatında yaşadığını bildirib.