Yaxşılıq və pislik bu dünyaya bizimlə bərabər gəlib. Yəni yaxşılıq və pislik məfhumu insana məxsusdur. Bizə məlum olan varlıq aləmində yaxşı ilə pis arasında seçim ixtiyarı və qabiliyyəti yalnlz insana məxsusdur. İnsan da fitri olaraq nəyin yaxşı, nəyin pis olduğunu ümumi şəikldə bilir.
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Allah Təala Qurani Kərimdə buyurub:
Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın (Bəqərə-264).
Ayənin həcmi kiçik olsa da bir neçə geniş mənalı mövzuları özündə ehtiva edir:
İman gətirənlər- Bu şəxslər Allaha və qiyamət gününə inanır, yalan, böhtan, əziyyət etməkdən uzaq olan, namaz qılıb, zəkat verib, Allahın dinini hifz edən kəslərdir.
Sədəqə- Ehsan, yaxşılıq mənasındadır. Hər bir insan ətrafında olanlarla qarşı diqqətli olmalı, nəzakətlə davranmalı, heç kimin haqqına təcavüz etməməlidir. Sədəqə təkcə nəyisə pay verməkdən ibarət deyil. Allah Rəsulu (s) buyurub: Bir təbəssüm belə sədəqədir.
Riyakarlıq- Bu əməl qeyri dürüstlüyün nişanəsidir. İstər niyyətdə olsun (riyakarlıqla Allaha şərik qoşsun), istərsə də zahiri əməlində insanları aldanmış olsun.
Allaha və axirət gününə inanm- Bu İslam dininin əsasıdır. Bu əsasa etiqadı olmasa Allah yanında heç bir əməli məqbul deyil (yuxarıdakı ayədən bu ələ gəlir).
Minnət və əziyyət- Bu əməllərin Allah yanında qəbəh olması, insan fitrətinin də bunu təsdiq etməsi.
Əməllərin puça çıxması- Bu ayə həmçinin insanın ixtiyar sahibi olmasına da işarə edir. Qurani Kərim insanı əməllərini qorumağda və ya puça çıxarmaqda ixtiyar sahibi hesab edir. Həmçinin yaxşı əməllərin savabının zay olmasını mümkün bilir. Hətta qeyd olunan halda bunu zəruri hesab edir. Necəki Maidə surəsi ayə 5-də buyurulur:
"İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!"
İnsan yaxşı əməl sahibi olmalıdır. Kimsənin haqqına qarşı qəsbkar olmamalı, halal qazanıb, həddində xərcləməlidir. Həmçinin ictimai varlıq olduğu üçün içtimai öhdəliklərə də diqqətli olmalıdır. Bütün bunlarla yanaşı etdiyi xeyir əmləlləri qoruyub saxlamağı da bacarmalıdır. Çünki yaxşılığı qoruyub saxlamaq, o yaxşılığı etməkdən daha çətindir.
Minnət edən və əziyyət verən kəs ayədə göstərilən mətləblərə diqqət etmir deməkdir.
Milli.Az