Avqustun 6-da, bazar ertəsi ABŞ, İrana yeni iki mərhələli bir embarqoya başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  ABŞ İrana qarşı tətbiq olunan embarqoya dair iki mərhələli yeni bir qərarın ilk mərhələsinə start verəcək.

Embarqo daxilində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Milli.Az