Xroniki pankreatitin fəsadları dərman terapiyasının effektliyini azaldır və çox zaman cərrahi müdaxilə tələb edir. Xroniki pankreatitin fəsadlarına aşağıdakılar aiddir:
- hipovolemik şok
- mədə-bağırsaq qanaxması
- sarılıq
- absaslər
- sepsis
- yalançı sistlər.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xroniki pankreatit uzun müddət davam edərsə, pankreatin axacağın genişlənməsinə, qonşu orqanların dəyişikliklərinə, ümumi öd axacağının, onikibarmaq bağırsağın daralmasına, dalaq venasının trombozuna, plevraya, qarın boşluğuna maye toplanmasına səbəb olur.
Hipovolemik şok qanda vazoaktiv substansiyaların pankreatik fermentlərlə aktivləşməsi ilə bağlı olur. Şokun əlamətlərinə arterial təzyiqin kəskin enməsi, taxikardiya, dəri örtüllərini avazıması, soyuq tər, oliquriya və s. aiddir.
Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən xəstəlikləri və xroniki pankreatitin özünün fəsadları ilə bağlı olur. Bu qida borusu və mədənin kardial hissəsinin dalaq venasının trombozu və varikoz genişlənməsinə görədir. Qanaxmanın səbəbi həmçinin mədəaltı vəzin psevdosist və ya abseslərin bağırsağa deşilməsi də ola bilər.
Ümumi öd axacağının daralması stenozlaşan duodenal papilit, həmçinin mədəaltı vəzin başının ödemi və fibrozu, psevdosistin inkişafı ilə əmələ gələ bilər. Bu zaman kliniki olaraq mexaniki sarılığın inkişafı baş verir.
Xroniki pankreatitin fəsadlarından olan onikibarmaq bağırsağın daralmasına nadir hallarda rast gəlinir. Bu adətən mədəaltı vəz başının iltihabı və ödemində, psevdosistin əmələ gəldikdə, qarın boşluğunda bitişmə prosesləri olduqda baş verir. Klinik olaraq bu fəsad ağrı və dispeptik simptomla təzahür edir. Onikibarmaq bağırsaq dəliyinin mənfəzinin daralması ürəkbulanma və qusma ilə müşahidə olunur.
Mədəaltı vəzin absesləri sonradan irinli infeksiya qoşulmaqla nekroz ocaqların əmələ gəlməsi nəticəsində inkişaf edir. Fəsadlaşma bir qayda olaraq kəskinləşmə başladıqdan 2-3 həftə sonra əmələ gəlir. Klinik olaraq abses qızdırma, taxikardiya, qarında ağrıların güclənməsi, qarının ön divarının gərginləşməsi, leykositoz, hipoalbiminemiya ilə təzahür edir.
Fəsadlardan biri olan assit pankreatik axacaqların partlaması nəticəsində pankreatik şirənin kiçik piyliyə və qarın boşluğuna axması zamanı inkişaf edir. Assit zamanı xəstənin qarnında ağrılar əmələ gəlir, vəzin xarici sekretor funksiyasının pozğunluğu əlamətləri güclənir. Assit mayedə zülalların, pankreatik fermentlərin (amilaza, lipaza, tripsin) miqdarı artır.
Xroniki pankreatit və onun fəsadları zamanı pəhrizə ciddi əməl olunmalı, alkoholun istifadəsindən uzaq durmalı və müalicəyə diqqətlə əməl edilməlidir.
Milli.Az
Xroniki pankreatitin fəsadları
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu bürclər üçün şans qapıları açılır
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10