Sümüklər orqanizmin hərəkəti və müdafiəsi kimi mühüm funksiyaları daşıyır. Buna uyğun olaraq bu çətin vəzifələrini yerinə yetirə biləcəkləri həcmdə və möhkəmlikdə yaradılmışlar. Sümüklərimizin içi arı pətəkləri kimi oyuq olduğu üçün onlar yüngüldür. Bu oyuqşəkilli quruluş sayəsində yüngül olmalarına baxmayaraq çox sərtdirlər. Lakin bu yüngüllük onların kövrək olması demək deyil. Əksinə, elə sərtdirlərki, metaldan 5 dəfə artıq möhkəmdirlər. Məsələn, ayaqlarımızdakı bud sümüyü düz dayanarkən 1 ton ağırlığı qaldıracaq nəhəng bir gücə malikdir. Yeriyərkən hər bir addımınızda bu sümüyə bədən çəkinizdən 3 dəfə artıq yük əlavə olunur, lakin sümüklərinizin möhkəmliyi sayəsində siz heç bir zərər hiss etmirsiniz. Bəs sümüklərinizi belə möhkəm edən nədir? Milli.Az immunitet.az-a istinadən bildirir ki, əslində bu sualın cavabı yuxarıda quruluşundan qısaca bəhs etdiyimiz sümüklərin bənzərsiz yaradılışında gizlənir. Sümüklərin daxili quruluşu arı pətəyi kimi şəbəkə formasındadır. Bunun sayəsində sümüklər həm son dərəcə möhkəm, həm də asan hərəkət etdiriləcək şəkildə yüngüldür. Əgər bunun əksi olsaydı, yəni sümüklərin içi də üstü kimi sərt və tam dolu olsaydı, bu zaman sümüklər ağır olardı. Eyni zamanda heç bir yumşaqlığı da olmadığı üçün, məsələn qolunuzu yüngülcə dolabın kənarına toxundursanız, sümüyünüz sına və ya çatlaya bilərdi.
Sümüklər alimlərin çox əhəmiyyət verdiyi və bənzərini yaratmaq üçün illərlə üzərində araşdırma apardığı bir maddədən ibarətdir. Çox yüngül olmalarına baxmayaraq çox möhkəm olan və əsasən də özünütəzələmə qabiliyyətinə malik olan bu maddə öz-özünə artaraq böyüyür. 4-5 yaşınızda olan boyunuzla indiki boyunuzun və 19-20 yaşındakı boyunuz arasındakı uzunluq fərqinin eyni olmamasının səbəbi sümüklərinizin böyüməsidir. Bundan əlavə, bu böyümə olduqca mütənasibdir. Ayaqlarınız böyüyərkən qollarınız da böyüyür, əl və ayaq barmaqlarınız uyğun olaraq böyüyür və müəyyən vaxtda bütün sümüklərinizdə böyümə dayanır. Həm də bu yalnız sizdə yox, ətrafınızdakı insanlarda da baş verən bir haldır. Hər bir insan bu xassəli sümüklərə malikdir.
Sümüklərin bir-birinə birləşdiyi yerlərdə oynaqların olduğunu qeyd etmişdik. Məsələn, dirsək və dizlərimizi burada yerləşən oynaqlar vasitəsilə bütün həyatımız boyunca daim büküb açırıq. Bu oynaqlar həyat boyunca hərəkət etdikləri halda onların yağlanmağa ehtiyacı olmur. Halbuki eyni şəkildə işləyən mexanizmlərin mütəmadi olaraq qayğıya ehtiyacı var. Məsələn, velosipedinizin pedallarını və ya zəncirini müəyyən məsafə getdikdən sonra yağlamalısınız, çünki işlədikcə buradakı yağ azalır və hərəkət çətinləşir. Buna bənzər şəkildə sümük uclarındakı oynaqlar da daim işləyir, lakin onların yağlarını dəyişməyiniz lazım gəlmir. Nə üçün? Beləliklə, alimlər bu sualın cavabını araşdırmış və belə bir faktı müəyyən etmişlər: oynaqların səthi incə və kiçik dəliklərlə örtülmüşdür, səthin alt hissəsində isə sürüşkən bir maye var. Sümük oynağa sıxılanda bu maye dəliklərdən çıxır və oynağın üzərini "yağ kimi" sürüşkən edir.
Bütün bunlar insan bədəninin nə qədər yüksək bir quruluşda yaradılmış olduğunu bir daha sübut edir. Biz də bu ideal quruluş sayəsində müxtəlif hərəkətləri sürətlə və rahatlıqla edə bilirik.
Milli.Az
Sümüklər haqqında
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu bürclər üçün şans qapıları açılır
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10