Rusiya Ukraynada 2019-cu ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Kiyev üzərində siyasi və iqtisadi nəzarətin təmin edilməsi üçün daha çox resursdan istifadə etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu haqda hərbi ekspert Aleksey Arestoviç “Fakty.ua” nəşrinə müsahibəsində bildirib.
Arestoviçin fikrincə, rusiyayönlü namizəd seçkilərdə qələbə qazanacağı halda, Ukrayna müstəqilliyini itirə bilər.
“İndi çoxları Poroşenkonu çıxartmaq istəyirlər. Tamamilə dəqiq deyə bilərəm ki, Poroşenkodan başqa namizədlər rusmeylli olacaq”, - o qeyd edib.
Arestoviç əmindir ki, qüvvədə olan prezidentin rəqiblərindən istənilən namizədin qələbəsi halında, Poroşenkonu Donbasda müharibəni başlatmaqda ittiham edəcəklər.
“Nəticədə, Putin bir-iki ilə loyal Ukraynanı alacaq. Belə ssenarinin reallaşması halında ölkəmizi Rusiyadan maksimal asılı edəcəklər: qazı, nefti və silahı Rusiyada almağa məcbur edəcəklər”, - o bildirib.
Arestoviç güman edir ki, vəziyyətin ağırlaşması Ukraynada vətəndaşların yay məzuniyyətlərindən qayıdışından sonra sentyabrda başlanacaq. Onun fikrincə, yalnız Poroşenkonun seçilməsi halında, Ukrayna “sağ qala” biləcək və müstəqilliyini saxlayacaq.