Türkiyənin Akhisar şəhərində sərnişin avtobusu aşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, avtobusun aşması nəticəsində 1 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.
Hadisə yerinə çox sayda xilasetmə və təcili yardım briqadaları cəlb olunub. Xəsarət alanların avtobusdan çıxarılması işlər davaç edir.
Qəza ilə bağlı digər təfərrüatlar barədə xəbər verilmir.
Milli.Az