Nyu-Yorkda ənənəvi "iPhone Photography Awards 2018" (IPPAwards) fotomüsabiqəsi başa çatıb.

Milli.Az bildirir ki, dünyanın 140 ölkəsindən fotoların göndərildiyi builki müsabiqənin qalibləri Banqladeş, İsveçrə, Çin, Finlyandiya və s. ölkələrin vətəndaşları var.

Qran-Pri mükafatı qazanana iPad Pro 10.5, üç mükafatçıya Apple Watch Series 3 verilib.

18 rubrikanın qaliblərinə isə qızıl və palladium külçələr təqdim olunub.

Müsabiqənin əsas mükafatı olan "İlin fotoqrafı" adına Banqladeşdən olan Ukiya "Rohinca uşaqnlar Tankhalidəki qaçqın düşərgəsində sağlamlıq və gigiyena barədə filmə baxırlar" fotosuna görə layiq bilinib.

Milli.Az