Dərin quyuya düşmüş 3 yaşlı qız xilas edilib.
Olay Hindistanın Bihar bölgəsindəki Manqer şəhərində baş verib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 3 yaşlı Sana babasının evinin həyətində oynayanda quyuya düşüb.
Uşağın quyuya düşdüyünü görən baba və nənə onu çıxara bilməyəcəklərini anlayanda dərhal polisə zəng vurublar.
Hadisə yerinə gəlmiş polislər və yanğınsöndürənlər 30 saat çalışandan sonra uşağı quyudan çıxarıblar.
Lakin proses asan olmayıb. Xilasedicilər Sana üçün quyuya su və yemək sallayıblar. Qızın anası isə sürəkli olaraq onunla danışır, uşağı sakitləşdirirdi.
Balaca Sana 18 metr dərinlikdə, borudan yapışıb qalmışdı. O, hər an daha aşağı düşə bilərdi.
Quyu dar, dərin olduğundan xilasedicilərin Sanaya çatmaları üçün paralel quyu qazılıb. Sonra həmin quyudan Sananın düşdüyü quyuya üfüqi lağım qazılıb və sonucda 3 yaşlı qız çıxarılıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: