"Zombie Boy" kimi tanınan, dünyanın ən qəribə modeli sayılan kanadalı Rik Cenest intihar edib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 32 yaşlı modelin cəsədi Kanadanın Monreal şəhərindəki mənzilində tapılıb.
Son vaxtlar o, psixi sarsıntılardan əhiyyət çəkirdi.
Rik Cenest vücudundakı skelet tatuajları ilə məşhur idi. Adı Ginnesin Rekordlar Kitabına düşən Cenestin bədənində 139 sümük şəkilli, 176 böcək şəkilli tatu vardı.
15 yaşı olanda beyin şişinin kəsilməsi əməliyyatına məruz qalan Rik Cenest buna görə "Zombie Boy" adlanırdı.
O, Ledi Qaqanın "Born This Way" mahnısının klipinə çəkiləndən sonra məşhurlaşmışdı.
Milli.Az