Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri öz ustalıqlarını nümayiş etdirirlər.