Ərəb ölkələri koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyata son bu ölkənin prezidenti Əbd Rəbbo Mənsur Hadinin xahişi əsasında qoyulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ər-Riyadda mətbuat konfransında koalisiya komandanlığının nümayəndəsi Əhməd Əl Asiri bildirib.  
 
“Əməliyyat prezident Hadi və ölkənin qanuni hökumətinin xahişi ilə dayandırılıb”, - deyə o bildirib.
 
Onun sözlərinə görə, əməliyyatın yekunlaşmasına baxmayaraq koalisiya üsyançı husilərin irəliləməsinin qarşısını almaqda tədbirləri davam etdirəcək.  

Milli.Az