Gənc yazarlardan Avropa Parlamentinə etiraz
ANS PRESS-in məlumatına görə, qondarma “erməni soyqırımı” ilə bağlantılı, 24 aprel gününün ümumavropa hüzn günü kimi qeyd edilməsi haqqında qəbul edilmiş adıyaman “Qətnamə”, onu qəbul edənlərin ikilistandartlar, islamafobiya və başqa “sindrom”lardan ciddi əziyyət çəkdiyini göstərməkdədir. Əslində “24 aprel” günü də erməni işğalı altındadır və digər erməni işğal faktları kimi aradan qaldırılmalıdır.
DGTYB, üzv və təəssübkeşlərinin mövqeyini ifadə edərək (ilk növbədə haqqı müdafiə edərək), bir yazar birliyi, vətəndaş cəmiyyəti institutu, uluslararası qurum olaraq, öz ciddi etirazını bildirir, məlum “Qətnamə”ni tarixi haqsızlıq hesab edir.
Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan Avropa Parlamentinin belə anlaşılmaz mövqeni qərara bağlaması, bütövlükdə dünyada, biləvasitə Avropanın özündə, adil yanaşmaya, ədalət axtarışına, tarixi həqiqətlərə vurulan zərbədir.
Bu “Qətnamə”nin qəbul edilməsinin Avropa Birliyi və Türkiyə arasındakı münasibətlərlə yanaşı, uzun illərdir tarixi ədalətsizlik və konkret olaraq, elan olunmamış müharibə ilə üzləşmiş Azərbaycan Respublikasına, Avropa-Azərbaycan ilişkilərinə də xələl gətirəcəyi şübhəsizdir. Avropa Parlamentinin, bir çox digər uluslararası qurum və quruluşların Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına göz yumduğu, yüzminlərlə azərbaycanlının öz doğma, dədə-baba torpaqlarından didərgin salındığı halda, haqsız Ermənistanın gərəksiz müdafiəsi üçün 100 il öncədən saxta “müdafiə tutalğacı” axtarılması mənfur niyyətlərdən xəbər verir... Oysa, Ermə-nistanın bütün bəşəriyyətin gözü qarşısında törətdiyi, dəlil-sübutlu, foto-videolu, Ermənistan yönəticilərinin etirafları ilə ortada olan, üstəlik, yaxın tarixdə - 26 fevral 1992-ci ildə baş vermiş Xocalı Soyqırımı (eləcə də torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması) ilə bağlı Azərbaycan Respublikası adından edilmiş haqlı müraciətlərə indiyədək AB ölkələri nə ayrı-ayrılıqda, nə də mövcud Avropa strukturları çərçivəsində gərəkən səviyyədə reaksiya göstərməyib.
Avropa Parlamentinin bu “Qətnamə”si Türkiyə və Azərbaycana, Türk Dünyasına, bütövlükdə tərəqqipərvər insanlara, haqqı müdafiə edən hər kəsə qarşı təzyiq vasitəsi kimi işlədilən bir aktsız “akt”dır.
DGTYB Avropa Parlamentini bu qərəzli, haqsız və tarixi faktlara deyil, yanlış siyasi yanaşmaya söykənən addımlardan çəkinməyə çağırır.
Azərbaycan və Türkiyənin Avropa ölkələri ilə ədalətli, qarşılıqlı yarar verən işbirliyində indiyədək olduğu kimi, gələcəkdə də maraqlı olacağı heç bir şübhə yaratmadığı halda, bölgədə qalıcı barış əldə edilməsinə Avropa institutlarının, şəxsən Avropa Parlamentinin də məsuliyyətli dəstək verməsini istəyir. Ermənistanın Qafqazdakı türk-müsəlman əhaliyə qarşı törətdiyi qanlı aksiyaların bu gün də davam etməsi uluslararası anlaşmaya, barışa, işbirliyi istəyinə ciddi təhdid kimi dəyərləndirilməlidir.
Tərəqqipərvər bəşəriyyət və sivil dünya üçün tarixdə “erməni soyqırımı” kimi yalançı məfhum yoxdur və qəbul edilə bilməz! Tarixdə olmayan bir hadisəni hansısa xalqa yükləmək cəhdi haqsız və əbəsdir!
DGTYB bir daha Avropa Parlamentinin, sözükeçən “Qətnamə”sini şiddətlə qınayır, o qərara səsverənlərin vicdanına, özkeçmişinə düşən qara ləkə kimi qiymətləndirir, bütün dünya yazarlarını bu “Qətnaəmə”ni qınamağa, haqqın yanında olmağa çağırır. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25