Asiya Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, "Traktorsazi" doğma meydanda Özbəkistanın "Nəfəs" klubunu qəbul edib.

Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 52-ci dəqiqədə Mehdi Kiani açsa da, "Traktorsazi" üstünlüyünü qoruya bilməyib.

Qeyd edək ki, "Traktorsazi" 5 turdan sonra 4 хalla qrupda son pilləni tutur. Təbriz klubu qrupdakı son oyununu mayın 5-də Dubayda "Əl Əhli"yə qarşı keçirəcək.
Mənbə
ANS PRESS