Madrid "Atletiko"sunun ispaniyalı futbolçu Koke mövsümün sonunda komandadan ayrıla bilər.

ANS PRESS-in məlumatına görə, "Atletiko" Kokeni transfer etmək istəyən klubun 70 milyon avrosundan keçməli olacağını bildirib.

"Çelsi"" 23 yaşlı futbolçu ilə yaxından maraqlanır. "Zadəganlar"ın futbolçuya 70 milyon avro ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Koke bu mövsüm "Atletiko"nun heyətində çıxdığı 42 matçda 4 qol və 13 asistlə yadda qalıb.
Mənbə
ANS PRESS