Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015"də beşinci tura yekun vurulub.
Metbuat.az-ın məlumatına görə, bu gün ümumilikdə 5 görüş keçirilib.
Günün mərkəzi oyununda Şəhriyar Məmmədyarov sabiq dünya çempionu Vladimir Kramnikə qalib gəlib. Bir digər maraqla gözlənilən görüşdə Vişvanatan Anand Uesli Sonu məğlub edib. Digər təmsilçimiz Rauf Məmmədov isə Maykl Adamsla xalları yarı bölüb.
Vişvanatan Anand - Uesli So - 1:0
Maqnus Karlsen - Maksim Vaşye-Laqrav - 1:0
Fabiano Karuana - Aniş Qiri - 0,5:0,5
Rauf Məmmədov - Maykl Adams - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Vladimir Kramnik - 1:0
Turnir cədvəli: Karlsen - 4, So - 3,5, Anand - 3, Məmmədyarov, Kramnik - 2,5, Vaşye-Laqrav, Qiri, Karuana, Məmmədov - 2, Adams - 1,5.