Bakı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində “toy karvanı” qəzaya uğrayıb.
APA-nın xəbərinə görə, Bakı sakini 1958-ci il təvəllüdlü Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi “MAN” markalı 90 ME 362 nömrəli nişanlı yük maşını “toy karvanı”nda gedən İmişli rayon, Yalavac kənd sakini, 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan 2 nəfər sərnişin ağır kəllə-beyin travması ilə Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
 
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı istintaq aparılır.

Milli.Az