Köhnə maşınlara "müharibə" elanı
ANS PRESS xəbər verir ki, İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, son zamanlar paytaxt ərazisində istər sərnişindaşıma, istər yükdaşıma, istərsə də digər xidmət sahələrində xarici görünüşü səliqəsiz, köhnə, rəng qrafikasına uyğun olmayan, texniki cəhətdən tam nasaz və istismara yararsız, köhnə, detal hissələri korroziyaya uğrayaraq çürümüş, dövlət nömrə nişanları oxunmayan, işıq cihazları yerində olmayan və normal işləməyən nəqliyyat vasitələrinin hərəkəti müşahidə edilir.
V.Əsədov qeyd edib ki, növündən asılı olmayaraq, idarə edilən bu tipli avtonəqliyyat vasitələri qanuna əsasən texniki cəhətdən nasaz hesab edildiyindən onlar yol hərəkətində istismar edilə bilməz: “Bu, böyük təhlükədir. Eyni zamanda, gündən-günə gözəlləşən Bakının yollarında belə avtomobillərin hərəkət etməsi təəssüfdoğurucu bir haldır. Yol polisi avtomobil sahibi olan hüquqi və fiziki şəxslərin, sürücülərin nəzərinə çatdırır ki, belə hallar qanunvericiliklə yolverilməzdir və buna qarşı ciddi tədbirlər görüləcək. Yol polisi artıq bu gündən etibarən bununla bağlı ərazidə nəzarəti gücləndirməyə başlayıb. Bu avtomobillər saz vəziyyətə gətirilməli, istismar tələblərinə cavab verməli və mütləq texniki baxışdan keçirilməlidir. Əks halda belə avtomobillər yol hərəkətində istismar edilə bilməz və onlar yol hərəkətindən kənarlaşdırılacaq. Vaxtı keçmiş, istismara yararsız, texniki cəhətdən tam yararsız olan avtomobillərin dövriyyədən çıxarılması üçün aidiyyəti üzrə qeydiyyat-imtahan şöbələrinə də müraciət edilə bilər”.
Bölmə rəisi əlavə edib ki, belə yararsız avtomobillərin sahibləri ən azından ölkəmizdə Avropa Oyunlarının keçiriləcəyini və paytaxta çoxsaylı qonaqların gəlməsini nəzərə alsınlar və diqqəti belə utancverici şeylərə çəkməsinlər: “Özünüz düşünün, belə avtomobillər onları görən xarici qonaqlarda ölkəmiz haqqında hansı təəssüratı yaradacaq? Ona görə də, gəlin, yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəldilməsinə birgə çalışaq”. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25