Məhz buna görə ölkədə autizm xəstələrinin sayı dəqiq göstərilmir. Bəzən autizm xəstəliyi olan şəxslərdə qeyri-adi bacarıqlar üzə çıxır. Məsələn, autist-rəssam Stiven Uiltşir güclü yaddaşı ilə seçilir. O, yaddaşının sayəsində 2013-cü ildə yüksəklikdən Londonun necə görünəcəyini xırdalıqlarına qədər çəkməyi bacarıb. Amma əksər hallarda bu xəstəlik ciddi fəsadlar törədə bilər.
Mütəxəssislər deyir ki, autizm müalicə olunan bir xəstəlikdir. Bunun üçün valideynlər psixoloq və ya psixoterapevtlərə müraciət etməlidir. Bundan sonra isə övladları ilə daha çox vaxt keçirməyə çalışmalıdır. Statistikaya görə dünyada autizm xəstələrinin sayı 60-70 mindir. Azərbaycanda isə 3500 uşaq bu xəstəliyin daşıyıcısıdır.
Milli.Az