Bakı, 21 aprel, AZƏRTAC
“Olimpiakos” futbol klubu Yunanıstan çempionu adını vaxtından əvvəl təmin edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 73 xalı olan “Olimpiakos” Yunanıstan çempionatının başa çatmasına üç tur qalmış çempionluğunu bayram edib. Çempion ən yaxın təqibçisi “Panatinaikos”u 11 xal fərqi ilə üstələyib.
Turnirin bombardiri “Olimpiakos”un futbolçusu Alexandro Dominqes olub.