Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlkin İzzət/

Paytaxtda Yasamal rayonu ərazisində yerləşən Şəfaət Mehdiyev küçəsində təmir işləri sürətlə davam etdirlir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 1600 m olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 15-18 m arasında dəyişir. Küçə boyu 1450 m məsafədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib.

Hazırda köhnə asfalt-beton örtüyünün frezlənməsi işi həyata keçirilir. Qısa vaxtdan sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az