Trend “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
2012-ci ilin avqustunda şeyxin evində terrorçu-intiharçı qadının özünü partlatmasından sonra Səid Əfəndi və 6 dindar həlak olub.
Həmin ilin dekabrında din xadiminə qarşı sui-qəsdin təşkilatçıları saxlanılıblar.
Toplanılmış sübutlar Əhməd İsrapilov, Maqomed Hacıyev, Şıxmirzə Labazanov və Maqomedəli Əmirxanov barəsində qərar çıxarmaq üçün yetərli sayılıb.
Bu qətldən başqa, bir sıra digər əməllərdə də şübhəli bilinən həmin şəxslərə qarşı terrorçuluq, quldurluq, qanunsuz silah və partlayıcı vasitələr gəzdirmə, adam oğurluğu kimi ittihamlar da irəli sürülüb.
M.Hacıyev, Ş.Labazanov və M.Əmirxanov ömürlük, Ə.İsrapilov isə 12 il müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az