"Fənərbağça"nın əfsanəvi kapitanı Aleks De Souza 938 gün sonra yenidən "Şükrü Saracoğlu" stadionunda görünüb. Bu dəfə eks futbolçu "Fənərbağça" - "Bursaspor" qarşılaşmasını izləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sarı lacivərdli" klubun azarkeşləri də ona biganə qalmayıb. Fasilədə "sambaçı"nın oturduğu tribunaya gələn azarkeşlər onunla şəkil çəkdiriblər. Qeyd edək ki, Aleks sonuncu dəfə 2012-ci ilin sentyabrında "Trabzonspor"la qarşılaşmada meydana çıxmışdı.

Milli.Az