Bakı, 21 aprel, Flora Şükürova, AZƏRTAC
Cari ilin sentyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əliağa Şıxlinskinin 150 illik yubileyi təntənə ilə qeyd olunacaq. Noyabrın 26-da isə Moskvada yubiley tədbirlərinə yekun vurulacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində görkəmli Azərbaycan generalı Əliağa Şıxlinskinin nəvəsi, rejissor Ziya Şıxlinski bildirib.
O deyib: “Artıq ölkəmizdə görkəmli hərb generalının yubileyinə həsr edilmiş silsilə təbirlər keçirilir. Bu tədbirlər Prezident İlham Əliyevin 20 noyabr 2014-cü il tarixli “General Əliağa Şixlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunur”.
Z.Şıxlinski babasının irsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.