[ 21 Aprel 2015 14:56 ]
Bu barədə ABŞ Dövlət Departamentindən APA-ya ABŞ-ın bütün ölkələrə ayırdığı yardımların həcminin azalacağı ilə bağlı verilən açıqlamada deyilir.
“Dünyanın bir çox ölkəsində maliyyələşmə əhəmiyyətli dərəcədə azalıb. Lakin bu, heç bir halda həyata keçirilən proqramların keyfiyyətinə və ya bizim münasibətlərin səviyyəsinə təsir etmir”, - deyə Dövlət Departamentinin açıqlamasında bildirilir.
Açıqlamada o da qeyd olunur ki, ABŞ Dövlət Departamenti hazırda Konqreslə Departamentin 2015 Maliyyə İli üçün yardım ayırmalarının müəyyənləşdirilməsini yekunlaşdırmaqla bağlı iş aparır: “Biz barışığı təşviq edən "Track II" proqramlarını dəstəkləməkdə davam edəcəyik”.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bir neçə gün əvvəl verdiyi açıqlamasında ABŞ-ın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr ofisinin həyata keçirdiyi bəzi proqramların, o cümlədən mədəni, həmçinin Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında barışıq prosesi üzrə həyata keçirilən proqramlarının sayında azalma olacağını bildirib.