“Xəzər” telekanalının aparıcı Anar Cəfərov ata olub.

Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən aparıcı oğluna Tunar adını qoyub:

“Çox gözəl hisslərdir, sözlə ifadə etmək mümkün deyil. İnsan valideyn olduqdan sonra ata-anasının qədrini bilir. Allah bütün ailəyə övlad nəsib etsin”.

Qeyd edək ki, A.Cəfərov ötən ilin martında ailə qurub.