Populyar amerikalı realiti-şou ulduzu, model, qlamur fiqur və dizayner Kayli Cenner sosial şəbəkələrdə ələ salınır. 17 yaşlı Cenner çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına məruz qalması, xüsusilə də dodaqlarının ölçülərini böyütməsi ilə tanınır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Kylie Jenner challenge" adlı aksiyaya qatılan gənclər stəkanı dodaqlarına yapışdıraraq onları şişirdir, sonra fotolarını çəkərək paylaşırlar
Kayli Cenner bu aksiyaya etiraz edərək onu "tərbiyəsizlik" adlandırsa da, əslən erməni olan Cenneri ələ salanların, lağa qoyanların sayı sürətlə artır.
Milli.Az

















