“Azəryolservis” ASC-də kadr dəyişikliyi baş verib. ANS PRESS-in “APA-Economics”ə istinadla verdiyi məlumata görə, ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev tutduğu vəzifədən azad olunub.

P. Mürsəliyevin yerinə tanınmış jurnalist Anar Nəcəfli təyin olunub.

A. Nəcəfli faktı təsdiqləyib.

O əlavə edib ki, öz vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.
Mənbə
ANS PRESS