[ 21 Aprel 2015 10:49 ]



Bakı-APA. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Ramin Allahyarovun üzərindən narkotik tapılıb.

 

Yoxlama zamanı ondan xalis çəkisi 8,672 qram olan narkotik vasitə - tiryək aşkar olunub. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı təhqiqat aparılır.