Bu yaxınlarda Rusiyanın Federasiya Şurasının üzvü Vadim Tülpanov Moskva metrosunda da belə bir üsulun tətbiq edilməsini təklif etdi. Moskva metropoliteninin rəhbərliyi isə təklifi birmənalı qarşılamalıdır.
Bəs Bakı metrosu bu yeniliyə hazırdırmı? Milli.Az xəbər verir ki, Day.Az saytı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin fikirlərini öyrənib.
Onun sözlərinə görə, yeni gətirilən qatarların vaqonlarında adı yuxarıda sadalanan kateqoriyadan insanlar üçün xüsusi yerlər nəzərdə tutulub.
"Ayrıca vaqonlar məsələsi isə hələ ki, nəzərdə tutulmayıb", - o əlavə edib.
Milli.Az