Canavarlar təbiətdə əsasən sürü halında yaşayırlar. Sürüdə ən qabaqada icmanın ən zəif və xəstə 3 canavarı gedir. Onlar hər hansı bir pusqu vəziyyətində ilk öləcək fədakar qurbanlardır. Onların digər vəzifələri isə qarda yol açmaqdır.
Daha sonra təcrübəli döyüşçü olan 5 canavar irəliləyir. Ortada 11 dişi canavar tam mühafizə vəziyyətində irəliləyirlər. Dişi canavarların ardınca daha 5 döyüşçü canavar gedir.
Ən arxada bir az aralı məsafədən sürünü təqib edən canavar isə icmanın lideridir. O mütəmadi olaraq bütöv sürünü nəzarətdə saxlayır. Hər hansı bir hücum baş verəcəyi təqdirdə sürünün lideri irəli atılaraq döyüş mövqeyinə keçir.
Canavar sürüsündə olan bu cür iyerarxiya alimləri çaşdırmaqla yanaşı onlar bu vəziyyəti elmi yolla açıqlaya bilmirlər.

Mənbə
ANS PRESS