[ 21 Aprel 2015 05:03 ]



Bakı-APA. Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayonu, Hacılar kəndi (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otağlı evin mətbəxinin yanar konstruksiyaları mətbəx əşyaları ilə birlikdə 24 kv.m sahədə yanıb.

 

Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 03.50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.