Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün axşam saatlarında Beyləqan rayonunun Mil qəsəbəsində “CTS AQRO” MMC pambıq istehsalı və emalı zavodunun ərazisində yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 1500 kv.m olan talvarın altına yığılmış 200 ton pambıq tayasının 5 tonu yanıb.
Yanğından pambıq tayasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 21.05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.