Azərbaycanda sosial şəbəkələrdə mübahisələr bəzən qanlı cinayətlə bitir. Bu cinayətlər artıq orta məktəblərə də keçib
Milli.Az xəbər verir ki, ötən gün Bakının Nizami rayonunda Whatsapp-da başlayan söhbət qanla bitib. Ən dəhşətlisi isə odur ki, baş vermiş cinayətin iştirakçıları orta məktəb şagirdləridir.

Nizami Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bakıdakı 238 saylı orta məktəbin 11-sinif şagirdləri Elvin Muradovla onunla paralel sinifdə oxuyan Rövşən Şahmarovun Whatsapp-da mübahisələri düşüb. Orada bir-birini söyüblər. Sonra isə gecə saat 1-də görüş təyin ediblər. Rövşən özü ilə bıçaq da götürüb və elə görüşən kimi bıçaqla Elvini yaralayıb.

Nizami RPİ 25-ci polis bölməsi əməkdaşları tərəfindən Rövşən Şahmarov tutulub. Faktla bağlı cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az