"Report": Sanksiyaların ləğvi İran iqtisadiyyatına müsbət təsir edəcək
Hazırda İranda işsizlik 10% həddindədir və nüvə anlaşması əldə olunarsa İrana axın edəcək xarici sərmayənin işsizliyi azaldacağı proqnozlaşdırılır. İndidən artıq bəzi sahələrdə yeni iş yerlərinin açılmasında sürətlənmə görünür. İranın yerli bankları filial və şöbələrinin sayını artırmağa başlayıb. Turizm sahəsində güclü inkişaf gözlənilir ki, buna səbəb dünya əhalisinin uzun zamandır bağlı olan bir ölkəqə marağının artmasıdır.
Qeyri-neft sektorunda xarici ticarət 2014-cü ildə 102 mlrd. dollardan bir qədər artıq olub. Bunun 49 mlrd. dolları qeyri-neft ixracının payına düşüb. Bura 50 mlrd. dollarlıq neft ixracı da əlavə edildikdə, ümumi xarici ticarət dövriyyəsinin 152 mlrd. dollar olduğunu görərik.
"Sanksiyaların qalxması ilə xarici ticarət həcmində yüksək artım gözlənilir. İranın uzun zamandır sənaye və kənd təsərrüfatı sahəsində texnika və avadanlıqların modernləşməsinə tələbatın yaranması, neft və neft məhsullarının ixracının sərbəstləşməsi, turizm gəlirləri və s. bu ölkənin sürətlə inkişafını təmin edəcək", - deyə "Report" hesab edir.
Sanksiyaların ləğvindən sonra İran artıq bu il neft ixracını gündəlik 500 min barel artıra biləcək. Bu artım dünta neft qiymətlərinə təsir etməyəcək. Lakin ixracın daha çox artırılması üçün neft sektoruna investisiya qoyulması zəruridir.
Mütəxəssislərin fikrincə, iyulda "Altılıq" ölkələri ilə İran arasında tam anlaşmanın əldə olunacağı real görünmür və sadəcə olaraq tərəflər arasında aralıq bir anlaşmanın iəldə ediləcəyi ehtimal olunur. Belə bir xəbər neftin qiymətini müvəqqəti yüksəldə bilər və artıq indidən neft bazarında nisbi qiymət artımı müşahidə edilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14